×

Xəbərlər

Xəbərlər 01 Dec 2017
ADNSU-da daxili “Brain ring” yarışması keçirilib

Dekabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə daxili “Brain ring” intellektual yarışı keçirilib. Yarşda ADNSU-nun 7 fakültəsi, eləcə də Azərbaycan-Fransız Universitetinin, BBA, ZU və SABAH qruplarının komandaları iştirak edib. Yarışda ADNSU-nun rektoru, professor Mustafa Babanlı, tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov, tərbiyə işləri üzrə prorektor, dosent Ata Babayev eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Yarış iştirakçılarını təbrik edən ADNSU-nun rektoru, professor M.Babanlı onlara uğurlar arzu edib. Gərgin keçən bilik mübarizəsindən sonra ADNSU-nun BBA və ZU komandası yarışın qalibi adını qazanıb. Neft-mexanika fakültəsinin komandası 2-ci, İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin komandası 3-cü, Kimya-texnologiya fakültəsinin komandası isə 4-cü yeri tutub.

Sonda yarışın qaliblərinə mükafat və kubok təqdim olunub.


Paylaş