×

Xəbərlər

Xəbərlər 08 Dec 2017
ADNSU-da “Gənc Novatorlar” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin film təqdimatı keçirilib

Dekabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Gənc Novatorlar” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən “İslam Həmrəyliyi-Dünyaya Mesaj” layihəsi çərçivəsində çəkilən filminin təqdimatı baş tutub.

Tədbirdə iştirak edən “Gənc Novatorlar” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədr müavini Bəhruz Nəzərov prezident İlham Əliyev tərəfindən 2017-ci ildə Azərbaycanda “İslam Həmrəyliyi ili”nin elan edilməsinin təsadüfi olmadığını qeyd edərək Azərbaycanın uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu bildirib. Azərbaycanın tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verdiyini qeyd edən Bəhruz Nəzərov ölkəmizdə inşa edilmiş dini abidələr haqqında məlumat verib.

Filmin təqdimatından sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.


Paylaş