×

Xəbərlər

Xəbərlər 09 Dec 2017
ADNSU-da “Açıq mikrofon” təşkil olunub

Dekabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Açıq mikrofon” təşkil olunub. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Rektor, professor Mustafa Babanlı tədbir iştirakçılarını salamlayaraq universitetdə son vaxtlar həyata keçirilən islahatlar barədə məlumat verib. Tədrisin keyfiyyətinin yüksəldilməsi sahəsində görülən işlərdən danışan rektor M.Babanlı qış imtahan sessiyasına hazırlıq, imtahan qaydaları haqqında tələbələri məlumatlandırıb.

Universitetə kənardan yerli və əcnəbi professorların dəvət olunması üçün müəyyən işlər aparıldığını deyən rektor M.Babanlı bu addımların gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb.

Rektor, professor Mustafa Babanlı elmi işlərdə qazanılan uğurlar, universitetin beynəlxalq əlaqələri, xarici universitetlərlə mübadilə proqramları, “eazi START” Startap və İnnovasiya Mərkəzinin layihələri, kitabxananın müasirləşdirilməsi, gündəlik təcrübə proqramı, Məzun Karyera Sərgisinə hazırlıq və başqa məsələlər haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonda tələbələrin sualları cavablandırılıb.


Paylaş