Dekabrın 23-də Azərbaycan Dövlət Neft Universitetində (ADNSU) İqtisadiyyat və Menecment Fakültəsinin təşəbbüsü ilə Peşəkar İdarəetmə Forumu keçiriləcək.
Forumun məqsədi biznes sahəsində uğur qazanmış gənc mütəxəssislərə öz bilik, bacarıq və təcrübələrini tələbələrlə paylaşmaq imkanı yaratmaqdır.
Əsas hədəf gələcəkdə biznes sahələr üzrə mütəxəssis olmağı planlaşdıran gənclərə maraqlı və faydalı məlumatları ötürməkdir.
Tədbirdə iştirak edənlər Sertifikatla təltif olunacaqlar.