Dekabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görkəmli alim Ağa Axundovun 135 illiyinə həsr olunmuş Tələbələrin 66-cı elmi-texniki konfransının yekun iclası keçirilib.
Konfransın keçirilməsində məqsəd tələbələrin elmə marağının artırılması olduğunu deyən ADNSU-nun rektoru, professor Mustafa Babanlı qalibləri seçərkən kəmiyyət yox keyfiyyətə üstünlük verildiyini vurğulayıb. Konfransın ayrı-ayrı bölmələrindəki iclaslarda iştirak etdiyini bildirən rektor M.Babanlı ümumilikdə tələbələrin işlərindən razı qaldığını qeyd edib.
Tələbələrin konfransa maksimum məsuliyyətlə yanaşdığını bildirən rektor, prof. Mustafa Babanlı məruzələrin keyfiyyətinin növbəti illərdə daha daha da yüksələcəyinə inandığını deyib.
Fakültələr üzrə bölmə rəhbərləri çıxış edərək konfransın gedişatı və yekunu barədə məlumat veriblər.
Daha sonra konfrans qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Sonda 1-ci yeri qazanan tələbələr çıxış edərək konfrans haqqında öz təəssüratlarını bölüşüblər.