×

Xəbərlər

Xəbərlər 11 Dec 2017
ADNSU-da ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açılıb

Dekabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Əsaslı kitabxanasında ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü il dönümünə həsr olunmuş  kitab sərgisi təşkil edilib.

Sərgidə dahi şəxsiyyətin fəaliyyəti dövründə respublikamızın ictimai-siyası, sosial, iqtisadi, elmi, mədəni həyatını əks etdirən kitablar, eləcə də ADNSU-nun professor-müəllim heyətinin  kitabxana fonduna yeni daxil olan dərslikləri və dərs vəsaitləri yer alıb. Eyni zamanda sərgidə Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası və Beynəlxalq "Ekoenergetika" Akademiyasının təsis etdiyi "EKOENERGETİKA" elmi-texniki jurnalı da oxucuların istifadəsinə verilib.


Paylaş