×

Xəbərlər

Xəbərlər 19 Dec 2017
ADNSU-nun Azneft komandası 2-ci dəfə Azərbaycan çempionu olub

Dekabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Azneft” komandası ikinci dəfə ŞHK-nın Azərbaycan liqasının dördüncü mövsümünün final mərhələsinin qalibi olub.

Çempion titulu uğrunda Azərbaycan universitetləri və Rusiyanın “Şəhzadələrin müdafiə proqramı” komandası (Astraxan) mübarizə aparıb. Çıxışlarını Azərbaycan ŞHK-nın rəhbəri Rəşad Əzizov, “Parni iz Baku” komandasının üzvü, əməkdar artist Murad Dadaşov, bəstəkar və prodüser İsa Məlikov, beynəlxalq qrossmeyster, “Microsoft Azerbaijan”-ın direktoru Sərxan Həşimov kimi professional münsiflər heyəti dəyərləndirib.  

Qeyd edək ki, 5 oyuna 7 kubok qazanan ADNSU-nun “Azneft” komandası yanvar ayında Rusiyanın Soçi şəhərində keçiriləcək olan “KiViN-2018” festivalında müxtəlif ölkələrdən olan 600 komanda arasında Azərbaycanı təmsil edəcək.


Paylaş