×

Xəbərlər

Xəbərlər 21 Dec 2017
AzQAC nümayəndəsi ADNSU tələbələrinə seminar keçib

Dekabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) psixososial dəstək üzrə mütəxəssisi İsmayıl Atayev tələbələrə “Bilincaltına gedən yollar” adlı seminar keçib.

Seminarda ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, qonaqlar və tələbələr iştirak edib. Çıxış edən İ.Atayev insan şüurunun bilincli və bilincsiz reaksiyaları haqqında mühazirə ilə çıxış edib. Məşhur psixoanalitik Ziqmund Freydin bu haqda apardığı sosial eksperimentlərdən danışan İ.Atayev bilincaltının insan həyatında və sosial münasibətlərdəki rolundan danışıb.

Qarşılıqlı müzakirələr əsasında keçən seminarın sonunda İ.Atayev tələbələri maraqlandıran sualları cavablandırıb.

 


Paylaş