×

Xəbərlər

Xəbərlər 14 Feb 2018
ADNSU-da məktəblilər üçün növbəti ekskursiya təşkil olunub

Fevralın 14-də Bakı şəhərinin Nəsimi rayonunda yerləşən 164 nömrəli orta məktəbin 10-11-ci sinif şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ekskursiyada olublar.

Şagirdlər əvvəlcə ADNSU-nun tarix muzeyində olub  və universitetə aid tarixi eksponatlarla tanış olublar. ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev məktəblilərə universitetin tarixi, müxtəlif dövrlərdə fəaliyyəti, fəxri məzunları, eləcə də universitetdə tədris olunan ixtisaslar barədə ətraflı məlumat verib.

Heydər Əliyev lektoriyası ilə tanış olan şagirdlərə Ümummilli Lider Heydər Əliyevin zəngin irsi haqqında məlumat verilib.

Daha sonra şagirdlər universitetin zəngin mineral eksponatların Mineralogiya muzeyini ziyarət edib, muzeydə qorunub saxlanılan müxtəlif növ mineral eksponatlarla tanış olublar. Muzeydə şagirdlərə mineralların adları, kimyəvi tərkibi və tapıldığı yataqlar haqqında ətraflı məlumat verilib.

Sonda şagirdlər “Ümumi və tətbiqi riyaziyyat” kafedrasında olublar.


Paylaş