×

Xəbərlər

Xəbərlər 23 Jun 2025
ADNSU-da 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş kitab sərgisi təşkil olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş “Xalqın güvənc yeri, dövlətin dayağı – Azərbaycan Ordusu” adlı kitab sərgisi təşkil edilib.

Sərginin məqsədi Azərbaycan Ordusunun keçdiyi şərəfli yol, ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlər və hərb tariximiz haqqında maarifləndirməni artırmaqdır. 

Sərgidə ordu quruculuğu, Azərbaycan hərb tarixinin müxtəlif dövrləri, Vətən müharibələri, xüsusilə də 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqdan bəhs edən 100-dən artıq Azərbaycan və xarici dildə nəşr olunmuş kitab, dövri mətbuat nümunələri və foto materiallar nümayiş olunur.

Kitab sərgisi iyun ayının sonunadək davam edəcək.


Paylaş