×

Xəbərlər

Xəbərlər 24 Jun 2025
ADNSU-da “TəhsilPlus” kartı ilə bağlı təqdimat keçirilib

Təhsilin İnkişafı Fondu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) pedaqoji və inzibati heyəti ilə “TəhsilPlus” kartı ilə bağlı görüş təşkil edib.

Görüş zamanı təhsil işçiləri üçün nəzərdə tutulmuş güzəşt və imtiyazları əhatə edən yeni layihə barədə ətraflı məlumat verilib, iştirakçılarla fikir mübadiləsi aparılıb.

Təqdimatda Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin aparıcı mütəxəssisi Almaz Axundzadə və həmin şöbənin mütəxəssisi Ofelya Salmanova çıxış edərək “TəhsilPlus” layihəsinin əsas məqsədləri, imkanları və hədəfləri haqqında məlumat veriblər. Qeyd olunub ki, bu təşəbbüs təhsil sahəsində çalışan şəxslərin ehtiyac və gözləntilərinin daha dolğun şəkildə müəyyənləşdirilməsinə xidmət edir.

Görüş zamanı iştirakçıların sualları cavablandırılıb, onların rəy və təklifləri dinlənilib.


Paylaş