Fevralın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Azərbaycan-Fransız Universitetində (UFAZ) keçirilən payız-qış imtahan sessiyasının yekun nəticələri ilə bağlı Bakıya gəlmiş münsiflər heyətinin üzvləri ilə görüşüb.
Tədbirdə münsiflər heyətinin rəhbəri, Strasburq Universitetinin kimya fakültəsinin direktoru, Jan-Mark Planeks, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri Yohan Şitterer, UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov və UFAZ-ın baş katibi Şarlott Payen iştirak edib.
Görüşdə imtahanların gedişatı, nəticələri barədə rektor, prof. Mustafa Babanlıya ətraflı məlumat verilib, gələcəkdə UFAZ-da görülməsi planlaşdırılan işlər haqqında müzakirələr aparılıb.