×

Xəbərlər

Xəbərlər 26 Feb 2018
ADNSU-nun Əsaslı kitabxanasında Xocalı faciəsinə həsr olunan sərgi keçirilib

Fevralın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Əsaslı kitabxanasında Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunan sərgi təşkil edilib.

Sərgidə Azərbaycan torpaqlarında ermənilər tərəfindən törədilən soyqırımı, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən vətən övladlarının keçdiyi şərəfli həyat yolunu əks etdirən kitablar və dövri mətbuatda verilən yazılar öz əksini tapıb. Sərgidə həmçinin "Xocalı soyqırımı: Milyon imza-bir tələb" adlı 16 cilddən ibarət kitabın bir neçə hissəsi də yer alıb.

Qeyd edək ki, 16 cilddən ibarət olan bu imzalar toplusu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına  Yardım Assosiasiyasının erməni işğalçılarının törətdikləri  Xocalı soyqırımının tanınması cağırışı ilə keçirdiyi kampaniyanın nəticəsində hazırlanıb. "Xocalı soyqırımı: Milyon imza-bir tələb" adlı imzalar toplusu dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının arxivlərində və kitabxanalarında saxlanır.


Paylaş