×

Xəbərlər

Xəbərlər 27 Feb 2018
ADNSU-da 4-cü kurs tələbələri və onların buraxılış işi rəhbərləri ilə görüş keçirilib

Fevralın 26-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “Energetika”  və ”İqtisadiyyat və Menecment” fakültəsinin 4-cü kurs tələbələri və onların buraxılış işi rəhbərləri görüşüb.

Tədbirdə əvvəlcə Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rektor, professor Mustafa Babanlı 26 il əvvəl Xocalıda baş verən insanlığa qarşı törədilmiş  ən qəddar qətliamlardan biri - Xocalı soyqırımı haqqında danışıb.

Sonra rektor, professor M.Babanlı tələbələrin buraxılış işi və gündəlik təcrübə prosesi haqqında iştirakçılara məlumat verib. Universitetdə həyata keçirilən gündəlik təcrübə proqramından danışan rektor M.Babanlı buraxılış işlərinin mövzusuna uyğun təcrübənin keçirilməsinin və istehsalat təcrübəsində də davamiyyətə nəzarət olunmasının vacibliyini vurğulayıb. Rektor M.Babanlı həmçinin IV kursların buraxılış işlərinə hazırlıq, magistraturaya qəbul haqqında tələbələrə ətraflı məlumat verib.

Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov istehsalat təcrübəsi və buraxılış işləri haqqında ümumi məlumatı tələbələrin diqqətinə çatdırıb.

Daha sonra “Mənim mühazirəm” layihəsi çərçivəsində İqtisadiyyat və menecment fakültəsinin IV kurs tələbəsi Əkbər Məmmədov “Əlavə dəyər vergisi” mövzusunda apardığı uğurlu mühazirəyə görə mükafatlandırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Paylaş