×

Xəbərlər

Xəbərlər 27 Feb 2018
UFAZ-da Xocalı soyqırımına həsr olunan tədbir keçirilib

Fevralın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov 26 il əvvəl baş vermiş Xocalı soyqırımının tarixindən və ermənilərin xalqımıza qarşı törətdiyi faciədən danışıb.

Sonra UFAZ tələbələrinin təqdimatında Xocalı soyqırımına həsr olunan proqram nümayiş etdirilib. UFAZ tələbəsi Bəylər Zərbalıyev iştirakçılara Xocalı haqqında ingilis dilində geniş məlumat verib.

Daha sonra Heydər Əliyev Fondunun hazırladığı “Xocalı soyqırımı” filmi nümayiş olunub. UFAZ tələbəsi İlkin Səfərli erməni təcavüzünün tarixindən danışıb və skripkada “Sarı gəlin” mahnısını ifa edib.


Paylaş