×

Xəbərlər

Xəbərlər 27 Feb 2018
ADNSU-nun rektoru 4-cü kurs tələbələri ilə görüşüb

Fevralın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Qaz-neft mədən fakültəsinin 4-cü kurs tələbələri və onların buraxılış işi rəhbərləri ilə görüşüb.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı tələbələrlə görüşün məqsədi, istehsalat təcrübəsinin gedişatı, həmçinin buraxılış işlərinin yazılma qaydaları haqqında iştirakçılara ətraflı məlumat verib.

Çıxış edən Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov istehsalat təcrübəsindən danışıb və buraxılış işlərinin yazılmasına paralel olaraq gündəlik təcrübədə iştirakın vacibliyini vurğulayıb.

Sonra “Mənim mühazirəm” layihəsi çərçivəsində Qaz-neft-mədən fakültəsinin 4-cü kurs tələbələri Şamxal Məmmədov “Neftçıxarma sisteminin səmərəliliyinə müxtəlif amillərin təsirinin təhlili” və Alı Əliyev “Özüllərin və bünövrə qurğularının hazırlanması” mövzusundakı uğurlu mühazirəsinə görə mükafatlandırılıb. 

Daha sonra rektor, professor M.Babanlı tələbələrin buraxılış işlərinə hazırlıq prosesi, buraxılış işlərinin yazılma qaydaları, antiplagiat məsələləri, təqaüd proqramları və magistraturaya qəbul haqqında tələbələri məlumatlandırıb. Təcrübədən maksimum yararlanmaq üçün istehsalatı dərindən mənimsəməyin əsas şərt olduğunu qeyd edən rektor M.Babanlı tələbələrə universitetdə təşkil olunan Məzun-Karyera Sərgilərində fəal iştirak etməyi tövsiyə edib.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.


Paylaş