Fevralın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndələri ilə görüş keçirilib.
Tədbirdə “AzerGold” QSC-nin İnsan resurslarının idarəolunması şöbəsinin müdir müavini Ceyhun Əliyev və şöbənin sektor müdiri Müşviq Əmircanov iştirak edib. Əvvəlcə tələbələrə şirkət haqqında qısa məlumat verilib. Daha sonra “AzerGold”un nümayəndələri şirkətlərdə işə qəbul prosesi, müsahibəyə hazırlıq, CV və onun hazırlanma qaydaları haqqında təqdimatla çıxış ediblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.