Fevralın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı gündəmdə duran məsələlərə keçməzdən əvvəl universitetin “Maşınqayırma və materialşünaslıq” kafedrasının professor-məsləhətçisi Cahid Kərimovun 80 illik yubileyini təbrik edib, ona həyat və fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı gündəmdə duran məsələlər barədə Şura üzvlərinə məlumat verib. Sonra tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov Qış imtahan sessiyasının yekunu barədə Elmi Şura üzvlərinə geniş məlumat verib.
Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutunun direktoru, dosent Hamlet Hüseynov Yüksək ixtisaslı kadrların hazırlanmasının vəziyyəti haqqında məlumat verib. ADNSU-nun “eazi START” Startap və İnnovasiya Mərkəzinin koordinatoru Tural Qocayev mərkəzin fəaliyyəti haqqında hesabat verib. Daha sonra Energetika fakültəsinin dekanı, dosent Zakir Həsənovun illik hesabatı dinlənilib.
İclasda həmçinin, doktorantura və dissertanturaya qəbulun nəticələri, elektron universitetdən istifadənin vəziyyəti, nizam-intizam məsələləri, tələbə yataqxanasının vəziyyəti və s. məsələlər müzakirə olunub.