×

Xəbərlər

Xəbərlər 28 Feb 2018
ADNSU-da “Az-Granata” şirkətinin təlimi baş tutub

Fevralın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Məzun və Karyera Mərkəzinin "CV və motivasiya məktubu; Müsahibə: özünüifadə, inandırma, ünsiyyət bacarıqlarının effektiv tətbiqi" mövzusunda növbəti təlimi baş tutub. Təlim "Az-Granata" şirkətinin İnsan Resursları departamentinin əməkdaşları tərəfindən aparılıb.

CV və motivasiya məktublarının yazılma qaydaları barədə geniş məlumat verən  "Az-Granata" şirkətinin İnsan Resursları departamentinin meneceri Sevda Sərkərova intervyuda iştirak qaydaları haqqında da danışıb. İntervyularda ən çox verilən suallar haqqında tələbələrə məlumat verən S.Sərkərova onları maraqlandıran sualları cavablandırıb.


Paylaş