×

Xəbərlər

Xəbərlər 05 Mar 2018
ADNSU-da şagirdlər üçün növbəti ekskursiya təşkil olunub

Martın 5-də Bakı şəhərinin Binəqədi rayonunda yerləşən Nizami Nərimanov adına 248 nömrəli tam orta məktəbinin 9-11-ci sinif şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ekskursiyada olublar.

Şagirdlərə universitetin tarixi, keçmiş məzunları və müxtəlif dövrlərdə fəaliyyəti haqqında danışan ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev onlara ümummilli lider Heydər Əliyevin zəngin irsi haqqında geniş məlumat verib.

Şagirdlər daha sonra Mineralogiya muzeyini, “Elektromexanika” kafedrasının labaratoriyasını, Mübariz İbrahimovun heykəlini və “eazi START” Startap və İnnovasiya Mərkəzini ziyarət ediblər.

Ekskursiyanın sonunda ADNSU-nun rektoru, professor Mustafa Babanlı şagirdlərlə görüşüb. Universitetin fakültələri, labaratoriyaları və imtahan prosesi haqqında geniş məlumat verən rektor təhsil prosesindəki köklü dəyişikliklərin gətirdiyi müsbət nəticələr haqqında danışıb. Gələcəkdə 24 saat fəaliyyət göstərməsi nəzərdə tutulan yeni kitabxananın tikintisi haqqında da danışan M.Babanlı tələbələrin yaxşı təhsil ala bilməsi üçün burada hər cür şərait yaradıldığını bildirib.

Ekskursiyanın sonunda xatirə şəkli çəkilib.


Paylaş