Martın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetin magistratura səviyyəsində təhsil alan tələbələr və onların dissertasiya işi rəhbərləri ilə görüşüb.
Rektor, prof. Mustafa Babanlı magistraturada tədrisin keyfiyyəti, dissertasiya işlərinin vəziyyəti, antiplagiat sisteminin tətbiqi doktoranturaya qəbul və s. haqqında danışıb. Magistrantları universitet həyatında fəal iştirak etməyə dəvət edən rektor M.Babanlı onları Məzun Karyera Sərgilərinə qatılmağı tövsiyə edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.