×

Xəbərlər

Xəbərlər 14 Mar 2018
ADNSU-da qanvermə aksiyası keçirilib

Martın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) poliklinika şöbəsində talassemiyadan əziyyət çəkən insanlara yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib. ADNSU-nun professor-müəllim və işçi heyəti ilə yanaşı tələbələr də qanvermə aksiyasında könüllü olaraq iştirak edib, qana ehtiyacı olan insanlara kömək üçün bu humanist aksiyaya qoşulublar.

Bahadır Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunan xüsusi tibb briqadası tərəfindən hər bir donorun sağlamlığı yerindəcə müəyyən olunub və onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib.

Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiyadan əziyyət çəkənlər üçün saxlanılacaq.


Paylaş