Martın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Novruz bayramı qeyd olunub. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, ADNSU və UFAZ-ın professor-müəllim heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov Novruz bayramının xalqımızın əsrlərdən bəri qeyd etdiyi bayramlardan olduğunu bildirərək, bu gün münasibəti ilə universitetin professor-müəllim heyəti və tələbələri təbrik edib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı hər kəsi bu gözəl bayram münasibəti ilə təbrik edib, xoş arzularını bildirib. Novruzun Azərbaycan xalqının ən sevimli bayramı olduğunu qeyd edən rektor M.Babanlı bu günün dünyanın müxtəlif yerlərində yaşayan həmvətənlərimiz tərəfindən yüksək səviyyədə qeyd olunduğunu diqqətə çatdırıb.
Novruz bayramının Azərbaycan xalqının adət-ənənələrini özündə əks etdirən bir bayram olduğunu qeyd edən UFAZ-ın baş katibi Şarlott Payen bahar bayramı münasibətilə hamını təbrik edib və bütün qonaqlara xoş əhval-ruhiyyə arzulayıb.
Daha sonra tədbir qeyri-rəsmi hissə ilə davam edib.