Aprelin 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Almaniyaya qısa müddətli akademik səfər proqramı ilə bağlı Məlumat günü təşkil edilib.
Tələbələrə layihə haqqında məlumat verən Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cəmilə İsmayılzadə bu cür proqramlarda iştirakın tələbələrə verdiyi üstünlüklərindən danışıb.
Beynəlxalq Əməkdaşlıq şöbəsinin layihələr üzrə mütəxəssisi Nərmin Həmidli martın 11-dən 25-nə qədər Almaniyaya edilən akademik səfər haqqında tədbir iştirakçılarına məlumat verib. Tələbələrin Almaniyanın 4 universitetində olduqlarını deyən Nərmin Həmidli onların müəyyən olunmuş proqrama uyğun olaraq ali məktəblərin kitabxana, laboratoriya, tədqiqat müəssisələri və s. ilə tanış olduqlarını, eyni zamanda almaniyalı müəllim və tələbələrlə görüşlər keçirdiyini diqqətə çatdırıb. Görüşdə tələbələrin səfər proqramı ilə bağlı hazırladığı təqdimat nümayiş olunub.
Daha sonra Almaniyada akademik səfərdə olan tələbələr sertifikatla təltif olunublar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.