Aprelin 6-da “İstək” liseyinin şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ekskursiyada olublar.
Şagirdlər ADNSU-nun tarix muzeyində olub, neft tarixinə və universitetə aid eksponatlarla tanış olublar. Məktəblilərə universitetin tarixi, müxtəlif dövrlərdə fəaliyyəti, fəxri məzunları və s. haqqında ətraflı məlumat verilib.
Şagirdlər daha sonra universitetin Mineralogiya Muzeyini ziyarət edib, muzeydə qorunub saxlanılan müxtəlif növ eksponatlarla tanış olublar. Muzeyin direktoru, dosent Ağamehdi Ağayev orta məktəb şagirdlərinə mineralların adı, kimyəvi tərkibi və tapıldığı yataqlar haqqında ətraflı məlumat verib.