Aprelin 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Beynəlxalq Əməkdaşlıq Şöbəsinin təşkilatçılığı ilə Akademik yazı qaydaları haqqında təlim keçirilib. Təlim Alman Akademik Mübadilə Xidmətinin (DAAD) vasitəçiliyi ilə ADNSU-da 2 aylıq təcrübə keçən almaniyalı tələbə Anna Kristina Klemm tərəfindən aparılıb.
Təlimin əsas məqsədi tədqiqat işinin başlanması, ədəbiyyatın toplanması, mənbələrin yığılması, araşdırma apararkən lazımi qeydlərin ediməsi və s. məsələlərri tələbələrə izah etməkdir.
Qeyd edək ki, Beynəlxalq Əməkdaşlıq Şöbəsində təcrübədə olan Anna Kristina Klemmin universitetdə daha iki təliminin baş tutması nəzərdə tutulub.