×

Xəbərlər

Xəbərlər 11 Apr 2018
ADNSU-nun professor-müəllim heyətindən ibarət müşahidəçi qrupu prezident seçkilərinin gedişatını izləyir

Aprelin 11-i Azərbaycan Respublikasında prezident seçkiləri keçirilir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 30 nəfərdən ibarət professor-müəllim heyəti 22 saylı Nəsimi II seçki dairəsinin 2, 3 və 4 saylı seçki məntəqəsində müşahidəçi qismində iştirak edir. ADNSU üzrə YAP İlk Təşkilat sədri, dosent Tamilla Naibova müşahidə etdikləri seçki məntəqəsində yüksək seçici fəallığının olduğunu bildirib: “Məntəqədə yüksək seçici fəallığı hiss olunur. Səsvermənin bitməsinə bir neçə saat qalmasına baxmayaraq bizim məntəqədə qeydiyyatda olan seçicilərin böyük əksəriyyəti artıq səs veriblər. Burada müşahidəçi kimi bizimlə bərabər xarici ölkələrin nümayəndələri də iştirak edir”.

Qeyd edək ki, bu gün respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 08:00-da başlayıb 19:00-da sona çatacaq. Səsvermədə 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs iştirak edir.


Paylaş