Aprelin 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Neft-mexanika fakültəsinin tələbələri ilə görüş keçirilib. Görüşdə Neft-mexanika fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov, DAAD-nin Almaniyaya qısa müddətli akademik səfər proqramında iştirak edən müəllim və tələbələr iştirak edib.
Dosent Əli Hikmət Əhmədov tədbirin keçirilməsində əsas məqsədin səfər proqramında iştirak edənlərin öz təəssüratlarını fakültə tələbələri ilə bölüşməsi olduğunu bildirib. Son bir neçə ildə universitetdə aparılan uğurlu islahatlardan danışan dosent Əli Hikmət Əhmədov ADNSU-nun xarici universitetlərlə əlaqələri, iştirak etdiyi beynəlxalq mübadilə proqramları barədə tələbələrə məlumat verib.
Proqramda iştirak edən ADNSU əməkdaşları dosent Rauf Məlikov və Beynəlxalq Əməkdaşlıq şöbəsinin mütəxəssisi Nərmin Həmidli martın 11-dən 25-nə qədər Almaniyaya edilən akademik səfər haqqında tədbir iştirakçılarına məlumat veriblər.
Daha sonra Neft-mexanika fakültəsinin tələbəsi Aydan Məmmədovanın səfər proqramı ilə bağlı hazırladığı təqdimat nümayiş olunub.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.