Aprelin 18-də Suraxanı rayonunda yerləşən 97 saylı tam orta məktəbin 9-cu sinif şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ekskursiyada olublar.
Şagirdlər əvvəlcə ADNSU-nun tarix muzeyində olub və universitetə aid tarixi eksponatlarla tanış olublar. Məktəbliləri ADNSU-nun rektoru, professor Mustafa Babanlının adından salamlayan tərbiyə işləri üzrə prorektor, dosent Ata Babayev universitetin tarixi, müxtəlif dövrlərdə fəaliyyəti, fəxri məzunları, eləcə də universitetdə tədris olunan ixtisaslar barədə ətraflı məlumat verib.
Heydər Əliyev lektoriyası ilə tanış olan şagirdlərə Ümummilli Lider Heydər Əliyevin zəngin irsi haqqında məlumat verilib.
Şagirdlər universitetin Mineralogiya Muzeyini ziyarət edib, muzeydə qorunub saxlanılan müxtəlif növ eksponatlarla tanış olublar. Muzeyin direktoru, dosent Ağamehdi Ağayev orta məktəb şagirdlərinə mineralların adı, kimyəvi tərkibi və tapıldığı yataqlar haqqında ətraflı məlumat verib.
Daha sonra şagirdlər Kimya-texnologiya fakültəsinin laboratoriyalarında olublar.
Ekskursiyanın sonunda xatirə fotosu çəkilib.