×

Xəbərlər

Xəbərlər 18 Apr 2018
ADNSU-nun Əsaslı kitabxanasında növbəti kitab sərgisi təşkil olunub

Aprelin 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Əsaslı kitabxanasında növbəti kitab sərgisi təşkil olunub. Sərgidə yer alan kitablar, jurnallar Azərbaycan, rus, ingilis dillərində olmaqla texniki, ictimai-siyasi və bədii sahələri əhatə edir. Qeyd edək ki, kitablar kitabxananın oxu zalında açıq rəf üsulu ilə oxucuların istifadəsinə verilib.

1. Babanlı M.B., Səlimov Z.E., İsmayılova K.H. - “Materialların Fizikası” laboratoriya işləri dərs vəsaiti (2018).

2. Qardaşova L.A., Səlimov V.H. -“Müasir mühəndislik riyaziyyatı” laboratoriya işləri dərs vəsaiti (2014).

3. Mustafayeva Ə.Y. - “Polimer əsasında kompozisiya materiallarının alınması və tətbiqi” dərsliyi (2018).

4. Məmmədova C.P., Nəsirov Ş.N. - “İstilik elektrik stansiyalarının iş və istismar rejimləri” dərs vəsaiti (2018).

5. Mustafayev S.D. - “Quyuların ştanqlı dərinliknasos üsulu ilə istismarı” dərsliyi (2010).

6. İbrahimov İ.X., Süleymanov T.S. -“Nəzəri mexanika məsələlərinin nümunəvi həll metodiksı” statika, kinematika dərsliyi (2018).

7. Ələkbərov U. - “Davamlı inkişaf və ekoloji sivilizasiyanın idarə edilməsinin əsasları” dərsliyi (2017).

8. Həsənov Ə.N., Mehdiyev C.A., Hüseynov E.Ə., Məhərrəmov R.B., Babayev Z.A., Yadigarov F.M. - “Vergi inzibatçılığı” dərsliyi (2017).


Paylaş