×

Xəbərlər

Xəbərlər 18 Apr 2018
ADNSU-nun rektoru Yuqra Dövlət Universitetinin rektoru ilə görüşüb

Aprelin 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Rusiyanın Yuqra Dövlət Universitetinin rektoru, dosent Tatyana Karminskayanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor Mustafa Babanlı ali məktəbin tarixi, tədris prosesi, fakültələr, beynəlxalq əlaqələr, startap layihələri, əcnəbi tələbələr və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında ətraflı məlumat verib. ADNSU-da xarici ali məktəblərlə əlaqələrin inkişafına xüsusi önəm verildiyini deyən rektor M.Babanlı universitetə dəvətli professorların cəlb olunması, mübadilə proqramları istiqamətindəki fəaliyyət və s. haqqında məlumat verib.

Səmimi qəbula görə rektor, prof. Mustafa Babanlıya təşəkkür edən Yuqra Dövlət Universitetinin rektoru, dosent Tatyana Karminskaya təmsil etdiyi universitet haqqında məlumat verib. ADNSU ilə əməkdaşlığa həmişə yüksək önəm verdiyini diqqətə çatdıran T.Karminskaya bu əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə inandığını bildirib.

Görüşdə müxtəlif istiqamətlərdə əməkdaşlıq oluna biləcək məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Paylaş