Aprelin 19-da Bakıda Azərbaycan və Gürcüstan universitetlərinin rektorlarının görüşü keçirilib. Gürcüstanın Təhsil və Elm naziri Mixail Çxenkeli və Azərbaycan Respublikası Təhsil nazirliyinin nümayəndələrinin iştirakı ilə Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının (UPBA) “Qloballaşma və ali təhsildə yeni meyarlar” adlı ikigünlük konfransı çərçivəsində keçirilən görüşdə iki ölkənin ali məktəbləri arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub. Görüş iştirakçıları Azərbaycan və Gürcüstan universitetlərinin Assosiasiyasının yaradılmasına dair razılığa gəliblər. Tərəflər Assosiasiyasının mütəmadi olaraq Azərbaycanda və Gürcüstanda görüşlərinin keçirilməsi haqqında razılıq əldə ediblər.