Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-mexanika fakültəsinin professor-müəllim heyəti “Metak” şirkətində olublar. Görüşdə Neft-mexanika fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov, “Mexanika” kafedrasının müdiri, professor Ələsgər Əliyev, “Maşınqayırma və materialşünaslıq” kafedrasının müdiri, dosent Tahir Cabbarov, dekan müavini Tahir Süleymanov, “Neft-qaz avadanlığı” kafedrasının dosenti Cəmaləddin Aslanov, “Metak” şirkəti tərəfindən isə müəssisənin texniki direktoru Mübariz Əzizov iştirak edib.
Dekan Əli Hikmət Əhmədov fakültədə mühəndis kadr hazırlığı, həyata keçirilən ixtisaslar haqqında ətraflı məlumat verib, müasir mütərəqqi texnologiyalarla işləyən müəssisələrlə əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. ADNSU-da tələbələrin əmək bazarının müasir tələblərinə uyğun şəkildə yetişdirilməsinə səy göstərildiyini deyən dos. Ə.Əhmədov bu istiqamətdə universitetdə aparılan islahatlardan danışıb.
“Metak” şirkətinin texniki direktoru Mübariz Əzizov bu cür görüşlərin hər iki tərəfə böyük töhfə verəcəyinə inandığını bildirib.
Görüşdə universitetlə müəssisə arasında birgə işlərin həyata keçirilməsi, gündəlik təcrübənin proqramının keçirilməsinə dəstək, həmçinin istehsalat prosesində yaranan problemlərin həlli və s. istiqamətdə müzakirələr aparılıb.
Sonra tədbir iştirakçıları müəssisənin istehsalat sexlərində olub, hazırlanan məhsullarla tanış olublar.