×

Xəbərlər

Xəbərlər 24 Apr 2018
ADNSU-da “Keçmişdən gələcəyə doğru” adlı layihə keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə “Keçmişdən gələcəyə doğru” adlı layihə keçirilib.

ATGTİ-nin İşçi Qruplarla İş Departamentinin direktoru Ramiz Məhərrəmov və ADNSU-nun Tələbə Gənclər Təşkilatının sədri Müqəddəs Əzizzadə tədbir iştirakçılarını salamlayaraq layihə haqqında məlumat veriblər. Tədbirdə qonaq qismində Qarabağ qazisi Kamil Musəvi, gənc müğənnilər Elnar Xəlilov, Elvin Mirzəzadə və Ayaz Babayev iştirak ediblər.

Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.


Paylaş