×

Xəbərlər

Xəbərlər 27 Apr 2018
ADNSU-da Elmi Şuranın iclası keçirilib

Aprelin 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı əvvəlcə gündəmdə duran məsələlər barədə Şura üzvlərinə məlumat verib.

Tələbə Elmi Cəmiyyətinin sədri, dosent Yunis Qəhrəmanlı cəmiyyətin fəaliyyəti barədə hesabat verib. Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov ADNSU-nun beynəlxalq əlaqələrinin vəziyyəti barədə məlumat verib. Elmi Şurada Tədris-medotiki şöbənin müdiri, dosent Lətifə Məmmədova illik hesabatla çıxış edib. Daha sonra İqtisadiyyat və Menecment fakültəsinin dekanı, dosent İlham Rüstəmovun illik hesabatı dinlənilib.

Elmi Şurada həmçinin, doktorant və dissertantların dissertasiya mövzularının təsdiqi, “Elm mərkəzi”nin hazırladığı qrant layihəsi, kredit sisteminin (PhD) Əsasnaməsinin təsdiqi, akademik Akif Əlizadə adına təqaüdün təsis edilməsi və s. məsələlər müzakirə olunub.


Paylaş