×

Xəbərlər

Xəbərlər 01 May 2018
Tanınmış fransalı professor ADNSU tələbələrinə seminar keçir

Fransanın “Total” şirkətinin təcrübəli mütəxəssisi, Total Professorlar Assosiasiyasının üzvü Jan Bera dəvətli professsor qismində Azərbaycan Dövlət Neft və Sənaye Universitetindədir. Jan Bera Qaz-neft mədən fakültəsinin tələbələri üçün “Qazma texnikası və dəniz əməliyyatları” mövzusunda seminar keçir.

Həftə ərzində hər gün saat 10:00-dan 14:00-a qədər təşkil olunacaq bu dərslər universitetin və şirkətin əməkdaşlıq razılaşması çərçivəsində həyata keçirilir.

Seminarlarda fəal iştirak edən tələbələr diplom və sertifikatla təltif olunacaqlar.


Paylaş