×

Xəbərlər

Xəbərlər 01 May 2018
İsrailin tanınmış şairi ADNSU-da olub

Mayın 1-də ölkəmizdə səfərdə olan İsrailin tanınmış şairi və jurnalisti Pyotr Davidov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

ADNSU-nun tarix muzeyi, laboratoriya və auditoriyalarını ziyarət edən  P.Davidov universitetin “eazi START” Startap və İnnovasiya Mərkəzinin layihələri ilə tanış olub. İllər əvvəl təhsil aldığı və çalışdığı universitetdə olmaqdan məmnun olduğunu deyən P.Davidov ali təhsil ocağının çox dəyişdiyini və burada Avropa standartlarına uyğun yüksək səviyyəli tədris verildiyini deyib.

Qeyd edək ki, İsrailin tanınmış şairi, Ümumrusiya poeziya müsabiqələrinin laureatı P.Davidov Bakıda doğulub və Azİİ-də (ADNSU) ali təhsil alıb.


Paylaş