Mayın 2-də SOCAR-AQŞ-nin nümayəndələri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) III kurs tələbələri ilə görüşüb.
Görüşdə SOCAR-AQŞ-nin fəaliyyət istiqamətləri, şöbələr, yay təcrübə proqramı, həmçinin vakansiyalar haqqında video təqdimat nümayiş olunub. Sonra SOCAR-AQŞ-də ödənişli yay təcrübə proqramı haqqında tələbələrə ətraflı məlumat verilib. Hazırda SOCAR-AQŞ-də işləyən ADNSU tələbələri və məzunları tədbir iştirakçıları ilə öz təcrübələrini bölüşüblər.
SOCAR-AQŞ-nin Yeni Texnologiyalar və Texniki Limit şöbəsinin müdiri Nazim Rəhimov SOCAR-AQŞ-nin gerçəkləşdirdiyi layihələr haqqında tədbir iştirakçılarına məlumat verib. Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.