Mayın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-mexanika fakültəsində “qonaq professor” layihəsi çərçivəsində növbəti mühazirə baş tutub.
“Mexanika” kafedrasında təşkil olunan tədbirdə “Maşınqayırma Texnologiyası İnstitutu TASC-nin sədri, əməkdar mühəndis, i.e.n. Elman Əliyev “Mexanika mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrə “Maşın və konstruksiyaların dağılması” mövzusunda mühazirə deyib.
Qeyd edək ki, bundan əvvəl fakültədə “qonaq professor” layihəsi çərçivəsində “Neftqazmaş” ASC-nin idarə heyətinin sədri Vahid Hacıyev və direktor müavini Nizami Temrazov, “Bakı neft-mədən avadanlıqları” ASC-nin texniki istehsalat şöbəsinin rəisi Adil Nəbiyev, FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin tərkibində Azərbaycan Dövlət Əməyin Mühafızəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Mövsüm Şahnazarov, “Baku Steel Company” ASC-nin Elektrik poladəritmə sexinin rəis müavini Aydın Bayramov iştirak edib.