×

Xəbərlər

Xəbərlər 16 May 2018
ADNSU-da daxili “Brain ring” yarışması keçirilib

Mayın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş daxili “Brain ring” intellektual yarışı keçirilib. Yarşda 9 komanda iştirak edib.

Gərgin keçən bilik mübarizəsindən sonra ADNSU-nun Kimya-texnologiya fakültəsinin komandası 1-ci, İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin komandası 2-ci, BBA proqramları isə 3-cü yeri tutub.

Sonda yarışın qalibləri medal, kubok və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.


Paylaş