May ayının 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və universitetin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə ölkəmizi dünyada tanıdan məşhur idmançıların iştirakı ilə "Azərbaycan idmanı: Nailiyyətlər və gözləntilər" adlı tədbir keçirilib.
Tələbələrlə görüşdə Cu-çitso Federasiyasının vitse-prezidenti Seymur Səfərov, dünya və Avropa çempionu Rəsul Çunayev, üçqat dünya çempionu Hacı Əliyev, dünya və Avropa çempionu Cəbrayıl Həsənov, ikiqat Azərbaycan çempionu Kamran Şahsuvarlı, Avropa Oyunlarının qalibi Elvin Mürsəliyev, 2 qat Olimpiya mükafatçısı, dünya və 2 qat Avropa çempionu Rövşən Bayramov iştirak edib.
Qonaqlar ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, idmançılarımızın qazandıqları nailiyyətlərdən söz açıblar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.