×

Xəbərlər

Xəbərlər 18 May 2018
ADNSU-da Baku MUN 2018-in iclası keçirilib

Mayın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Baku MUN (Model United Nations) 2018 Birləşmiş Millətlər Təşkilatının komitələri və qurumlarının simulyasiya konfransının iclası keçirilib. Tədbirdə müxtəlif ölkələri təmsil edən səfir və nümayəndələr iştirak edib.

Qeyd edək ki, ADNSU-da mayın 20-dək keçiriləcək bu konfrasın qlobal problemləri müzakirə edib həll edən üç komitəsi var. Konfrans ingilis dili biliklərini inkişaf etdirməyə, ictimai elmlər üzrə təcrübə qazanmağa və yeni dostlarla tanış olmağa imkan yaradır.


Paylaş