Mayın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib. Mülki müdafiə qərargahının rəisi Elşən Məmmədovun rəhbərliyi ilə keçirilən toplantıda universitetin fakültə və şöbələrindən olan mülki müdafiə qüvvələri iştirak edib. Ümumi təlimatlardan danışan Elşən Məmmədov ictimai asayişin mühafizəsi, yanğınsöndürmə, işıqdan gizlənmə və enerji təchizatı qüvvələrinin fövqəladə hallar zamanı yaranan vəziyyətlərdən çıxış yollarını izah edib.
Toplantının keçirilməsində məqsəd fövqəladə halların qarşısını almaq və baş vermiş hər hansı fəlakətin nəticələrinin aradan qaldırılması üçün mülki müdafiə qüvvələrində vərdiş halı yaratmaqdır.
Mülki müdafiə üzrə keçirilən məşqlər ADNSU-nun mülki müdafiə rəisi, rektor, prof. Mustafa Babanlı və Nəsimi rayonu Fövqəladə Hallar və Müdafiə Şöbəsinin rəisi tərəfindən razılaşdırılmış illik tədbirlər planına uyğun keçirilir. Toplantılar ildə 2 dəfə mülki müdafiə qüvvələri və komandir-rəis heyəti cəlb olunmaqla universitet səviyyəsində rəhbərliyin əmr və hazırlıq planına uyğun aparılır.