Mayın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Mərkəzinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən tələbələr üçün İnsanın İmmun Çatışmazlığı Virusuna görə laborator testlər keçirilib. Həmçinin tələbələrə QİÇS-lə mübarizəyə dair maarifləndirici məlumatlar verilib. Tədbirin sonunda təşkilatçılar yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür edib.
Qeyd edək ki, tədbir “Avropa İİV-ə testləşmə həftəsi” çərçivəsində baş tutub. Kampaniya çərçivəsində aparılan tədbirlər İİV-in Azərbaycanda yayılmasının qarşısının alınması, əhalinin İİV-QİÇS barədə biliklərinin artırılması, sağlam və təhlükəsiz həyat tərzinin təbliği məqsədini daşıyır.