Mayın 18-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən idman və intellektual yarışların qaliblərinin mükafatlandırma mərasimi baş tutub.
Tələbələrimizin il ərzində keçirilən müxtəlif idman və intellektual yarışlarda universiteti uğurla təmsil etdiyini deyən THİK sədri Namiq Gəncəyev gələcək yarışlarda bu nəticənin daha da yaxşılaşacağına inandığını bildirib.
Daha sonra futbol, basketbol, şahmat, həmçinin “Brain ring”, Nə? Harada? Nə zaman?”, “Xəmsə” və s. intellektual oyunlarda uğurla çıxış edən tələbələrin mükafatlandırma mərasimi keçirilib.