×

Xəbərlər

Xəbərlər 24 May 2018
ADNSU tələbəsi beynəlxalq kub yarışının qalibi olub

Mayın 21-də Balakən rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyinə həsr olunmuş, şimal regionunun ikinci beynəlxalq kub yarışı keçirilib. Dünya Kub Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Balakən 2018” adlı yarışda iştirakçılar bir neçə kateqoriya üzrə qüvvələrini sınayıblar.

24 iştirakçının qatıldığı “Balakən 2018”də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya-texnologiya fakültəsinin 1-ci kurs tələbəsi Cavid Nəbizadə uğurlu çıxış edərək 7 kateqoriya üzrə qalib olub. O, həmçinin bu yarışda 11 kateqoriya üzrə milli rekorda imza atıb.

Yarışın sonunda qaliblər Dünya Kub Assosiasiyası tərəfindən sertifikat və müxtəlif mükafatlarla təltif olunublar.

Qeyd edək ki, Dünya Kub Assosiasiyasının Azərbaycan üzrə yarışlarını Azərbaycan Kub Assosiasiyası (ACA) həyata keçirir. ACA 2015-ci il aprelin 11-də  qurulub və məqsədi əyləncə ilə yanaşı gənclərdə zehnin inkişafına yardım etməkdir.


Paylaş