Mayın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) BP şirkətinin “Yatağın işlənməsi” departamentinin qazma vaxtı geotəhlükələr üzrə mütəxəssisi, ADNSU SABAH qruplarının “Neft-qaz mühəndisliyi” ixtisası üzrə məzunu Fəridə İsmayılova “Neft-qaz mühəndisliyi” və “Neft-qaz qurğuları mühəndisliyi” ixtisasları üzrə II kurs tələbələrinə təlim keçib.
Təlimdə tələbələrin müxtəlif yerli və xarici şirkətlərə müraciət formalarının hazırlanması, yay təcrübə və təqaüd proqramları barədə, həmçinin işə qəbul zamanı üstünlük verilməli olan məsələlər barədə ətraflı məlumat verilib.