Mayın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetdə magistratura səviyyəsində təcrübə proqramını başa vuran Rusiyanın Lomonosov adına Şimali (Arktik) Federal Universitetinin magistrları ilə görüşüb.
Görüşdə ADNSU-da həyata keçirilən islahatlar və görülən işlər haqqında məlumat verən rektor, professor M.Babanlı universitetdə magistr pilləsində aparılan tədris prosesi, həmçinin universitetin startap layihələrinə verilən dəstəkdən danışıb.
ADNSU-da “Enerji menecmenti” və “Neft-qaz mühəndisliyi” ixtisasları üzrə magistr təcrübə proqramını başa vuran Romanov Kirill və Popov Roman universitetdə təcrübə keçdikləri müddətdə qazandıqları biliklərdən danışıb və təəssüratlarını bölüşüblər.
Görüşün sonunda gənclərə ADNSU-da magistr təcrübə proqramını müvəffəqiyyətlə başa vurduqlarına dair sertifikat verilib.
Qeyd edək ki, Romanov Kirill və Popov Roman may ayının 2-dən 30-dək ADNSU-da magistr təcrübə proqramında iştirak edib.