×

Xəbərlər

Xəbərlər 06 Jul 2018
ADNSU-nun İnzibati-təsərrüfat işləri üzrə prorektoru vəzifəsinə təyinat olub

Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Xəlilov Adilxan Xəlil oğlu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnzibati-təsərrüfat işləri üzrə prorektoru təyin olunub.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı Xəlilov Adilxan Xəlil oğlunu universitetin əməkdaşlarına təqdim edib. Universitetdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması ilə paralel inzibati məsələlərin də buna müvafiq şəkildə həllini tapmalı olduğunu qeyd edən rektor M.Babanlı İnzibati-təsərrüfat işləri üzrə prorektorun üzərinə bununla bağlı ciddi məsuliyyət düşdüyünü qeyd edib. Rektor M.Babanlı yeni prorektorun bu sahədəki geniş təcrübəsinin onun bu vəzifənin öhdəsindən gələ biləcəyinə əminlik yaratdığını bildirirb.

Yeni təyin olunmuş İnzibati-təsərrüfat işləri üzrə prorektor Xəlilov Adilxan ona göstərilmiş etimada görə Təhsil Naziri Ceyhun Bayramov və ADNSU-nun rektoru, professor Mustafa Babanlıya təşəkkürünü bildirib və qarşıda duran vəzifələrin öhdəsinən gəlmək üçün səylərini əsirgəməyəcəyini bildirib.

Qeyd edək ki, Xəlilov Adilxan Xəlil oğlu uzun onilliklər ərzində inzibati-təsərrüfat işləri sahəsində müxtəlif vəzifələrdə, o cümlədən Azərbaycan Müəllimlər İnstitutunda 10 ildən çox müddət ərzində İnzibati-təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb. Azərbaycan Müəllimlər İnstitutunda işlədiyi dövrdə o Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 7 dekabr 2009-cu il tarixli Sərəncamı  ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.


Paylaş