×

Xəbərlər

Xəbərlər 10 Jul 2018
Tanınmış fransalı jurnalist UFAZ-da olub

İyulun 6-da Fransanın Azərbaycandakı səfirliyinin dəvəti ilə Bakıda səfərdə olan tanınmış fransalı jurnalist Alain Roumestand Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız universitetində (UFAZ) olub.

Əvvəlcə qonağı UFAZ-ın binası, auditoriyaları, laboratoriya və maddi-texniki bazası ilə tanış edən UFAZ-ın direktoru, dosent Vazeh Əsgərov universitetdə aparılan təhsil ilə bağlı ətraflı məlumat verib. Daha sonra A.Roumestand UFAZ-ın baş katibi Şarlot Payen ilə "Azərbaycan cəmiyyətində qadınlar" mövzusunda müsahibə edib.


Paylaş